Ən son xəbərlər:

30.01.2024/12:53/ABŞ-ın Ukraynaya yardımı onun təhlükəsizliyinə sərmayədir

ABŞ-ın Ukraynaya yardımı onun təhlükəsizliyinə sərmayədir.

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ NATO-nun təhlükəsizliyini artırmaq və Rusiyanın hərbi potensialını məhv etmək üçün Ukraynaya yardımı davam etdirməlidir. Bunu Alyansın baş katibi Yens Stoltenberq Amerikanın dövlət katibi Entoni Blinkenlə keçirdiyi mətbuat konfransında deyib.

Ukraynaya yardım göstərmək xeyriyyəçilik deyil, təhlükəsizliyimizə sərmayədir. Amerika hərbi büdcəsinin cüzi bir hissəsi üçün Birləşmiş Ştatlar Ukraynaya silah köçürüb ki, bu da ona döyüş meydanına bir dənə də olsun amerikalı hərbçi yerləşdirmədən Rusiyanın əhəmiyyətli hərbi imkanlarını məhv etməyə imkan verib, – Stoltenberq belə bildirib.

Alyansın baş katibi  vurğulayıb ki, Avropa ölkələri artıq Kiyevə ABŞ-dan daha çox yardım edib. O, Rusiyanın Ukraynadakı qələbəsinin ABŞ-ın İran və ya Şimali Koreya kimi düşmənlərini gücləndirəcəyi fikrini ifadə edib. Stoltenberq ABŞ Konqresini Ukrayna üçün yeni hərbi ayırmaları təsdiq etməyə çağırıb.