Ən son xəbərlər:

30.01.2024/12:43/ABŞ İranla münaqişə və müharibə istəmir

ABŞ İranla münaqişə və müharibə istəmir.

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ səlahiyyətliləri İranla müharibəyə can atmır, lakin bölgədəki qoşunlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcək və hücumlara güclü cavab verəcək. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken bazar ertəsi Amerika paytaxtında NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında  belə bildirib.

Biz İranla münaqişə istəmirik, biz İranla müharibə istəmirik, lakin biz şəxsi heyətimizi qorumuşuq və qorumağa davam edəcəyik və bunun üçün bütün lazımi tədbirləri görəcəyik, o cümlədən son hücumlara çox güclü cavab verəcəyik. ABŞ-ın xarici siyasət idarələrinin rəhbəri Vaşinqtonun bu istiqamətdə konkret addımlarını açıqlamayacağını vurğulayıb.