Ən son xəbərlər:

30.01.2024/12:33/Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq siyasətinə sadiqdir

Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq siyasətinə sadiqdir.

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, Yaponiya hələ də ərazi probleminin həlli və Rusiya ilə sülh müqaviləsi bağlamaq siyasətinə sadiqdir, lakin eyni zamanda anti-Rusiya sanksiyaları və Ukraynaya dəstək siyasətini davam etdirmək niyyətindədir. Bunu parlamentin aşağı palatasının plenar iclasında çıxış edən ölkənin baş naziri Fumio Kişida deyib.

Biz Rusiyaya qarşı sanksiyaları və Ukraynanı dəstəkləməyi fəal şəkildə davam etdirəcəyik. Yaponiya-Rusiya münasibətlərində vəziyyət ağırdır, lakin Yaponiya ərazi probleminin həllinə və sülh müqaviləsinin bağlanmasına yönəlmiş kursa qəti sadiqdir, – baş nazir belə bildirib.