Ən son xəbərlər:

30.01.2024/12:23/Avropa İttifaqının müdafiə sənayesi Rusiyanın Ukraynadakı xüsusi əməliyyatına hazır deyil

Avropa İttifaqının müdafiə sənayesi Rusiyanın Ukraynadakı xüsusi əməliyyatına hazır deyil.

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, Avropa İttifaqının müdafiə sənayesi müasir çağırışlara, o cümlədən Rusiyanın Ukraynadakı xüsusi əməliyyatına hazır deyil. Bu barədə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Xosep Borrel Almaniyanın “Die Welt” qəzetinə yazdığı rəy məqaləsində bildirib.

Aİ-nin xarici siyasət xidmətinin rəhbərinin sözlərinə görə, Ukrayna böhranı göstərdi ki, Avropa sənayesi Aİ-nin indi üzləşdiyi çağırışlara kifayət qədər hazır deyil. Ukraynaya geniş yardımın əhəmiyyətli hissəsi mövcud ehtiyatlardan ayrılıb. Eyni zamanda Ukraynaya yardım göstərməklə yanaşı, onları doldurmaq Aİ müdafiə sənayesi üçün ciddi problem yaradır. Bu ehtiyaclar üçün xərclər artıq 40% artıb, lakin biz səylərimizi gücləndirməliyik, – Borrell belə bildirib.