Ən son xəbərlər:

29.01.2024/16:43/Ukrayna tunelinin sonunda işıq görünmür

Ukrayna tunelinin sonunda işıq görünmür.

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, Avropa sanksiyaları Rusiyanın müdafiə sənayesini məhv edə bilmədi və indi Aİ Ukrayna tunelinin sonunda işığın görünmədiyini bildirir. Bunu Aİ-Mərkəzi Asiya nəqliyyat investisiya forumunda çıxış edən Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Xosep Borrell deyib.

O, Avropa İttifaqının Rusiyaya qarşı geniş sanksiyalar tətbiq etdiyini vurğulayıb. Onun fikrincə, Rusiya hərbi maşınını əhəmiyyətli dərəcədə zəiflədib, lakin bu hərbi maşın hələ də mövcuddur.

Müharibə davam edir, döyüşlər daha da şiddətlənir və biz Ukrayna tunelinin sonunda işığı görmürük, – Borrel belə deyib.