Ən son xəbərlər:

29.01.2024/16:29/İrakli Kobaxidze fevralın 1-də Gürcüstanın həm baş naziri, həm də partiyanın siyasi katibi təyin olunacaq

İrakli Kobaxidze fevralın 1-də Gürcüstanın həm baş naziri, həm də partiyanın siyasi katibi təyin olunacaq.

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili və hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze fevralın 1-də partiyanın qurultayında mövqe mübadiləsi aparacaqlar. Bu barədə hökumətyönlü “İmedi” telekanalı məlumat yayıb.

Telekanalın  məlumatına görə, yanvarın 24-də hakim partiyanın siyasi şurasının iclası keçirilib və orada kadrlarla bağlı qərar verilib. Partiyanın qurultayının fevralın 1-də keçirilməsi də qərara alınıb. “İmedi”nin məlumatına görə, Kobaxidze həm baş nazir, həm də partiyanın siyasi katibi təyin olunacaq.

Gürcüstan qanunlarına görə, baş nazir postunu tərk edərsə, kabinet avtomatik istefa verir, bundan sonra hakim partiya hökumətin sədri vəzifəsinə yeni namizəd irəli sürür, o da öz növbəsində Nazirlər Kabinetini formalaşdırır və təsdiq üçün parlamentə göndərir. Yeni baş nazir və gələcək hökumətin üzvləri 150 deputatdan ən azı 76-nın dəstəyini almalıdır.