Ən son xəbərlər:

26.01.2024/15:59/Türkiyə prezidentinin İsveçin NATO üzvlüyünü ratifikasiya etməsi qərarı qanuni qüvvəyə minib

Türkiyə prezidentinin İsveçin NATO üzvlüyünü ratifikasiya etməsi qərarı qanuni qüvvəyə minib.

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, Türkiyə İsveçin NATO-ya daxil olmasını təsdiqləyib. Prezident Rəcəb Tayyib Ərdoğan daha əvvəl ölkə parlamenti tərəfindən həyata keçirilən ratifikasiyanı rəsmən təsdiqləyib.

Qanun rəsmi hökumət qəzetində “Resmi Gazete”də dərc edilib və qüvvəyə minib.

Beləliklə, İsveçin alyansa qəbulu prosesi Ankara tərəfindən təsdiqlənib. İndi onun daxil olması üçün Macarıstandan da analoji qərar lazımdır.

Orban İsveçin NATO-ya daxil olması qarşısındakı son maneəni aradan qaldıracağına söz verib