Ən son xəbərlər:

26.01.2024/15:45/Aİ Macarıstanı səsvermə hüququndan məhrum edə bilər

Aİ Macarıstanı səsvermə hüququndan məhrum edə bilər.

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, Baş nazir Viktor Orban Ukraynaya yardımın qarşısını almaqda davam edərsə, Avropa İttifaqı Macarıstanı səsvermə hüququndan məhrum etmək niyyətindədir. Bu barədə “Politico” qəzetinin Avropa versiyası məlumat yayıb.

Əgər Orban fevral sammitində həqiqətən də Aİ büdcəsi və Ukrayna üçün 50 milyard avronun ayrılması ilə bağlı razılaşmaya mane olarsa, Macarıstanı səsvermə hüququndan məhrum etmək üçün 7-ci maddədən istifadə edə bilər.

Qəzet iddia edir ki, Brüssel başa düşür ki, Aİ-nin maliyyə yardımı olmadan Ukrayna hökumət orqanlarının işi mümkün deyil. Kiyevin vəziyyəti Vaşinqtonun Ukraynanın ehtiyacları üçün pul ayırmaqdan daha ​​çox çəkinməsi ilə çətinləşir.

Xatırladaqq ki, 2023-cü il dekabrın 14-15-də Brüsseldə keçirilən Aİ-nin sonuncu sammitində Macarıstanın baş naziri Aİ-nin 2024-2027-ci illər üçün büdcəsinə Ukraynaya 50 milyard avro vəsaitin ayrılmasını nəzərdə tutan düzəlişləri blokladı.