Ən son xəbərlər:

26.01.2024/15:25/Ukrayna Vaşinqtondan uzunmüddətli dəstəyin bütün təminatlarını alıb

Ukrayna Vaşinqtondan uzunmüddətli dəstəyin bütün təminatlarını alıb.

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, Kiyev Vaşinqtondan uzunmüddətli dəstəyin bütün təminatlarını, o cümlədən dondurulmuş Rusiya aktivlərinin ələ keçirilməsi ilə bağlı təminat alıb. Bu açıqlama ilə Ukraynanın Baş naziri Denis Şmıqal çıxış edib.

Bizim ABŞ-dan Ukraynaya uzunmüddətli dəstəklə bağlı bütün zəmanətlərimiz var. Şmıqal “Politico”ya müsahibəsində belə bildirib. O, əlavə edib ki, ABŞ-ın istənilən prezidenti Ukraynanın ümumi dəyərlər uğrunda mübarizəsini dəstəkləyəcək.

Ukraynanın baş naziri Avropa İttifaqının Kiyevə 50 milyard avro ayırmasının vacibliyini də qeyd edib, bu vəsaitin transferi Macarıstan tərəfindən əngəllənib. Bu pul bizim üçün çox vacibdir, – baş nazir belə deyib.