Ən son xəbərlər:

26.01.2024/15:15/Həm Pakistan, həm də İran vəziyyəti sabitləşdirmək üçün bütün kanallardan istifadə etməlidir

Həm Pakistan, həm də İran vəziyyəti sabitləşdirmək üçün bütün kanallardan istifadə etməlidir.

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, Pakistan hava məkanını pozmasına cavab olaraq İrandakı terrorçu bazalarına zərbə endirməsi Hindistan və bütün region üçün siqnala çevrildi. Bu barədə Pakistanın baş naziri Ənvar-ül-Haq Kakar jurnalistlərə müsahibəsində məlumat verib.

Hava məkanının pozulmasından sonra Pakistanın İrana cavab verməkdən başqa çarəsi qalmadı. Cavab, şübhəsiz ki, Hindistan və bütün bölgə üçün bir siqnal oldu -deyə The News International qəzeti Kakarın sözlərini sitat gətirir.

Bu, çətin qərar idi, çünki biz Hindistanın bu cür hərəkətlərinə dərhal cavab verməyə hazırıq. Amma Pakistanın İranla sərhəd münaqişəsi yoxdur. Bütün dünya Pakistana baxırdı ki, biz bu cür pozuntulara necə reaksiya verəcəyik, – deyə Kakar əlavə edib.

Baş nazir belə hallardan necə qaçmaq barədə suala cavab olaraq vurğulayıb ki, həm Pakistan, həm də İran iki ölkənin sərhədində vəziyyəti sabitləşdirmək üçün bütün kəşfiyyat və hərbi kanallardan istifadə etməlidir.