Ən son xəbərlər:

25.01.2024/16:12/Gürcüstanın hakim partiyası növbəti parlamentdə müxalifətin olmasını istəmir

Gürcüstanın hakim partiyası növbəti parlamentdə müxalifətin olmasını istəmir.

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, Hakim “Gürcü Arzusu” partiyası qarşıdan gələn parlament seçkilərində konstitusiya çoxluğu əldə etməyə, eləcə də parlamentdə müxalifətin olmamasına ümid edir.

Bunu “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze deyib. “Qruziya Online” nəşri bu barədə xəbər verir.

“Əslində indiki konfiqurasiya elədir ki, biz parlamentdə konstitusiya çoxluğu əldə edə bilərik. Namizəd statusunu aldıqdan sonra araşdırma aparıldı və son məlumatlara görə, biz 59% səs topladıq, – Kobaxidze  belə bildirib.

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri 2024-cü il oktyabrın 26-da gözlənilir.