Ən son xəbərlər:

25.01.2024/15:59/ABŞ-ın Türkiyəyə F-16 –ların verilməsi ilə bağlı heç bir maneə görünmür

ABŞ-ın Türkiyəyə F-16 –ların verilməsi ilə bağlı heç bir maneə görünmür.

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar gözləyir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün ərzində İsveçin NATO-ya üzv olmaq üçün müraciətinə yekun razılıq verəcək və bu, Vaşinqtonun Ankaraya F-16 qırıcılarının satışını təsdiqləməsi istiqamətində sürətli addımlara təkan verəcək.

Bu barədə ABŞ-ın Türkiyədəki səfiri Ceff Flake “Reuters”ə müsahibəsində bildirib.

Səfirin sözlərinə görə, rəsmi Vaşinqton ratifikasiya sənədini alan kimi ABŞ Dövlət Departamenti 20 milyard dollar dəyərində F-16 qırıcılarının satışı ilə bağlı dərhal Konqresə sorğu göndərəcək.

Bir neçə gün ərzində bunun baş verəcəyini gözləyirsinizmi sualına ABŞ diplomatı müsbət cavab verib. Parlament bu qərarı verdikdən sonra Türkiyənin gözləməsi üçün heç bir səbəb görmürəm, – deyə Flake bildirib.

Xatırladaq ki, Ərdoğan vaxtaşırı ABŞ Konqresindən Ankaraya Amerika F-16 qırıcılarının tədarükünə razılıq verməsini tələb edirdi.