Ən son xəbərlər:

25.01.2024/12:42/Azərbaycan AŞPA ilə əməkdaşlığı dayandırır

Azərbaycan AŞPA ilə əməkdaşlığı dayandırır.

xeberaz.info xəbər verir ki, Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasında (AŞPA-da) qarşılıqlı fəaliyyəti və iştirakını dayandırdığını bəyan edib.

AŞPA-da formalaşmış dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti qarşısında Azərbaycan nümayəndə heyəti növbəti bildiriş gələnədək AŞPA-da qarşılıqlı fəaliyyətini və mövcudluğunu dayandırmaq qərarına gəlir, –  nümayəndə heyətinin bəyanatında belə bildirilir.