Ən son xəbərlər:

04.01.2024/10:07/ Türkiyə Hərbi Dəniz Qüvvələri üçün yeni nəsil avia daşıyıcı gəmilər inşa etməyə qərar verib

Türkiyə Hərbi Dəniz Qüvvələri üçün yeni nəsil avia daşıyıcı gəmilər inşa etməyə qərar verib.

xeberaz.info xarici KİV-lərə itinadən xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsi Hərbi Dəniz Qüvvələri üçün yeni nəsil də daxil olmaqla yeni tipli gəmilərin inşasına qərar verib. Bu barədə İcraiyyə Komitəsinin iclasına sədrlik edən Respublika Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası məlumat verib.

İclasda hərbi gəmilərin yaradılması proqramı çərçivəsində təyyarədaşıyan gəminin layihələndirilməsi və MİLGEM gəmilərinin inşası mərhələsinə daxil olmaq qərara alınıb.

I dərəcəli freqatların, dəniz patrul gəmilərinin, yeni tipli desant gəmilərinin, yeni nəsil minaaxtaran gəmilərin və öz desant katerlərimizin istehsalı ilə bağlı qərar qəbul edilib, – məlumatda belə deyilir.