Ən son xəbərlər:

30.12.2023/09:46/ Türkiyə 32 İŞİD-çinin saxlanıldığını açıqlayıb

Türkiyə  32 İŞİD-çinin saxlanıldığını açıqlayıb.

xeberaz.info xarici KIV-lərə istinadən xəbər verir ki, Türkiyə təhlükəsizlik qüvvələri “İslam Dövləti” (İŞİD) terror qruplaşması ilə əlaqədə şübhəli bilinən, sinaqoq və kilsələrə, eləcə də İraq səfirliyinə hücumlar təşkil etməyi planlaşdıran 32 nəfəri saxlayıb.

Türkiyə polisi və Milli Kəşfiyyat Təşkilatı doqquz vilayətdə keçirdiyi birgə əməliyyatda 3 yüksək rütbəli İŞİD üzvünü və onlarla əlaqəli 29 şübhəlini hərəkətə keçmədən ələ keçirib.

Mənbələr bildirirlər ki, İŞİD-in yerli hücrəsinin iki qondarma kəşfiyyat rəisi Türkiyədəki kilsə və sinaqoqlara, üçüncüsü isə İraqın Ankaradakı səfirliyinə hücum etməyi planlaşdırırmış.

Bildirilir ki, üçlük İŞİD-lə, onun Suriya və Türkiyədə fəaliyyətləri ilə əlaqəsi olduğunu etiraf edib, həmçinin bu ölkədə fəaliyyət göstərən yaraqlılar haqqında ifadə verib.

Reydlər zamanı səlahiyyətlilər terror qruplaşmasına aid saysız-hesabsız rəqəmsal materialları ələ keçirib.