Ən son xəbərlər:

29.12.2023/10:09/ ABŞ Rusiyanın dondurulmuş aktivlərinin 300 milyard dollarını müsadirə etməyin yollarını axtarır

29.12.2023/10:09/ ABŞ  Rusiyanın dondurulmuş aktivlərinin 300 milyard dollarını müsadirə etməyin yollarını axtarır.

xeberaz.info xəbər verir ki, Financial Times” mənbələrə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar “Yeddilik” (G7) ölkələrini Rusiyanın təxminən 300 milyard dollar dəyərində dondurulmuş aktivlərini müsadirə etməyin mümkün yollarını araşdırmağa dəvət edib.

Onların sözlərinə görə, dekabrda G7 ölkələrinin maliyyə nazirləri və onların müavinləri müsadirə mexanizmini necə hazırlamaq və onunla bağlı risklərdən qaçmaq yollarını müzakirə ediblər. ABŞ və onu dəstəkləyən Böyük Britaniya, Kanada və Yaponiya fevralın sonunda baş tutması gözlənilən Yeddilik Qrupunun görüşü zamanı mümkün variantları hazırlamaq üçün məsələnin əlavə nəzərdən keçirilməsini təklif ediblər. Vaşinqton məsələnin hüquqi tərəfi, mexanizmin tətbiqi üsulları və risklərin azaldılması ilə məşğul olacaq üç işçi qrupu formatında müsadirə imkanlarının müzakirəsini, habelə müsadirə edilmiş aktivlərin Kiyevə dəstək üçün yönəldilməsi yollarının öyrənilməsini təklif edib.

Nəşrin məlumatına görə, Almaniya, İtaliya və Fransa qərarlar qəbul edilməzdən əvvəl Rusiyanın aktivlərinin müsadirəsinin qanuniliyini diqqətlə qiymətləndirmək lazım olduğunu bildiriblər. Bundan əlavə, bir neçə avropalı nazir müzakirələrdə yüksək məxfiliyin qorunmasının vacibliyini vurğulayıb.