Ən son xəbərlər:

22.12.2023/14:26/ Ağ Ev Rusiyanın dondurulmuş aktivlərinin istifadəsi ilə bağlı təcili danışıqlara başlayıb

Ağ  Ev Rusiyanın dondurulmuş aktivlərinin istifadəsi ilə bağlı təcili danışıqlara başlayıb.

xeberaz.info xəbər verir ki, ABŞ prezidenti Co Baydenin administrasiyası müttəfiqləri ilə Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kömək etmək üçün istifadəyə dair təcili danışıqlara başlayıb. Bu barədə “The New York Times” Amerika və Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, ABŞ Senatının Kiyevə yeni yardım paketini təsdiq edə bilməməsi və vəsaitlərin tükənməsi fonunda Birləşmiş Ştatlar təcili danışıqlara başlayıb. Nəşrin qeyd etdiyi kimi, Ağ Ev dondurulmuş Rusiya vəsaitlərinin istifadəsinə dəstəyini sakit şəkildə bildirir.