Ən son xəbərlər:

18.12.2023/06:32/ Macarıstan Bolqarıstanın Şengenə daxil olmasına veto qoymaqla hədələyir

Macarıstan Bolqarıstanın Şengenə daxil olmasına veto qoymaqla hədələyir.

xeberaz.info xəbər verir ki, Macarıstan Bolqarıstana xəbərdarlıq edib ki, Rusiya qazının öz ərazisindən tranziti üçün tarifin artırılması qərarını ləğv etməsə, Şengen zonasına daxil olmasına veto qoyacaq. Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Pannon RTV telekanalına müsahibəsində bildirib.

“Əgər bu tədbir uzun müddət davam edərsə və Macarıstanın enerji təchizatının təhlükəsizliyini təhdid edərsə, o zaman biz onların Şengen zonasına üzvlüyünə veto qoyacağıq”, – XİN başçısı Bolqarıstanın hərəkətləri ilə bağlı belə deyib. O, Bolqarıstanın Şengenə qoşulması ilə bağlı qərarın yaxın gələcəkdə verilə biləcəyini və Sofiyanın daha əvvəl ölkə parlamenti tərəfindən qəbul edilmiş qaz tariflərinin artırılması ilə bağlı qanunu ləğv etmək barədə düşündüyünü qeyd edib.

Əgər bu qanun ləğv olunarsa, o zaman biz, əlbəttə ki, müvafiq veto ilə bağlı qərarımızı ləğv edəcəyik. Amma əvvəlcə biz görmək istəyirik ki, bolqarlar həqiqətən də bu qanunu ləğv edəcəklər, ya yox, – Szijyarto aydınlıq gətirib. O, Sofiyanın hərəkətlərini təbii qazın eyni vaxtda üç ölkəyə – Şimali Makedoniya, Serbiya və Macarıstana tranzitini təhdid edən qalmaqallı addım adlandırıb.