Ən son xəbərlər:

15.12.2023/08:43/ Ankara Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını həmişə dəstəkləyib

Ankara Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını həmişə dəstəkləyib.

xeberaz.info xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması Azərbaycan və Ermənistan arasında sülh prosesindən asılıdır.

İndi Cənubi Qafqazda sülhün və inkişafın vaxtıdır. Ankara iki ölkə arasında sülh danışıqlarını həmişə dəstəkləyib. Biz regionda sülhə həmişəkindən daha yaxınıq. Azərbaycan və Ermənistan münasibətlərini normallaşdırsalar, Türkiyə İrəvanla münasibətlərini normallaşdıracaq, – Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında Hakan belə bildirib.

Fidanın sözlərinə görə, Türkiyə Ermənistanla sərhədin açılması məsələsinə Bakı ilə İrəvan arasında aparılan sülh danışıqlarının nəticələrinə əsasən qərar verəcək.