Ən son xəbərlər:

15.12.2023/08:12/ Bundan sonra Türkiyə Almaniya məscidlərinə öz imamlarını göndərməyəcək

Bundan sonra Türkiyə Almaniya məscidlərinə öz imamlarını göndərməyəcək.

xeberaz.info xəbər verir ki, Berlin Ankara ilə türk imamların Almaniya məscidlərinə göndərilməsini nəzərdə tutan mübahisəli proqramı mərhələli şəkildə ləğv etmək üçün razılaşdığını elan edib.

Reuters xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyi məlumat yayıb,.

Almaniya Daxili İşlər Nazirliyi, Türkiyənin Diyanət dini qurumu və Türk İslam Dərnəyi DİTİB arasında bağlanan razılaşmaya əsasən, Almaniyada ildə 100-ə yaxın imam təhsil alacaq, bundan sonra onlar tədricən böyük türk diasporunun yaşadığı ölkədə din xadimlərini əvəz edəcəklər.

Daxili İşlər Nazirliyinin rəhbəri Nensi Feserin sözlərinə görə, bu addım müsəlmanların Almaniya həyatına inteqrasiyasına töhfə verəcək. O, bunu Almaniyadakı müsəlman icmaları üçün mühüm mərhələ adlandırıb.

Bizə dilimizdə danışan, ölkəmizi tanıyan və dəyərlərimizi qoruyan ruhanilərə ehtiyacımız var, – dedi.

Xatırladaq ki, DİTİB Almaniyanın ən böyük İslam assosasiyasıdır və  orada 900-ə yaxın məscidi fəaliyyət göstərir.