Ən son xəbərlər:

13.12.2023/09:17/ Avropanın özü təhlükəsizliyinin qayğısına qalmalıdır

Avropanın özü təhlükəsizliyinin qayğısına qalmalıdır.

xeberaz.info xəbər verir ki, Avropa əbədi olaraq ABŞ-ın köməyinə arxalanmadan öz təhlükəsizliyinin qayğısına qalmalıdır. Bunu Londonda norveçli həmkarı Byorn Arild Qramla birgə mətbuat konfransında çıxış edən Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Qrant Şapps deyib.

Mən ürəkdən inanıram ki, Avropa öz təhlükəsizliyinin qayğısına qalmalıdır. Biz Birləşmiş Ştatların həmişə Avropanın köməyinə gələcəyini gözləyə bilmərik, – Politico nazirin sözlərini sitat gətirib.

ABŞ Konqresindən razılıq ala bilməyən Ukraynaya yardım paketi ilə bağlı vəziyyəti şərh edən Şapps deyib ki, Ukraynanı dəstəkləməyə davam etmək Amerikanın maraqlarına uyğundur.