Ən son xəbərlər:

13.12.2023/09:08/ ABŞ Rusiya ilə sülh danışıqlarına başlamaq üçün Ukraynaya mövcud əraziləri saxlamağı təklif edib

ABŞ Rusiya ilə sülh danışıqlarına başlamaq üçün Ukraynaya mövcud əraziləri saxlamağı təklif edib.  xeberaz.info xəbər verir ki, Bir sıra ABŞ hərbi rəsmiləri Ukraynaya 2024-cü ilin sonuna kimi Rusiya ilə sülh danışıqlarına başlamaq üçün mövcud əraziləri saxlamağa diqqət yetirməyi təklif ediblər. Bu barədə The New York Times məlumat yayıb.

Nəşrin məlumatına görə, bəzi ABŞ hərbi rəsmiləri Ukraynanın 2024-cü ildə mövcud əraziləri saxlamağa və silah istehsal etmək qabiliyyətini artırmağa diqqət yetirməsini istəyir. Müəlliflərin fikrincə, bu strategiyanın məqsədi Ukrayna üçün kifayət qədər inandırıcı təhlükə yaratmaqdır ki, Rusiya gələn ilin sonunda və ya 2025-ci ildə ciddi danışıqlarda iştirak etmək barədə düşünə bilsin, – qəzet belə aydınlaşdırır.