Ən son xəbərlər:

12.12.2023/17: 04/ Moskvada Azərbaycan diasporunun nümayəndələri Çingiz Aytmatova həsr olunmuş gecədə iştirak ediblər

Moskvada Azərbaycan diasporunun nümayəndələri Çingiz Aytmatova həsr olunmuş gecədə iştirak ediblər.

xeberaz.info Patriot tvaz-a istinadən xəbər verir ki, M. İ. Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında yazıçı Çingiz Aytmatovun anadan olmasının 95 illiyinə həsr olunmuş “Çingiz Aytmatov, Şəxsiyyət, Epoxa”, adlı gecə keçirilmişdir.  Tədbir İssık-Kul Mədəniyyət Forumunun dəstəyi ilə Qırğız Respublikasının Rusiya Federasiyasındakı səfirliyi və Qırğızıstan Diasporu Şurasının təşkilatçılığı ilə həyata keçirilmişdir.

Gecədə tanınmış alimlər, ictimai xadimlər, milli diaspor təşkilatlarının nümayəndələri çıxış ediblər.

Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov və diaspor rəhbərinin müavini Qaşım Əliyev çıxışlarında Qırğızıstan və Rusiyadan sonra Çingiz Aytmatovun əsərlərinin Azərbaycanda ən çox tərcümə və nəşr olunduğunu qeyd ediblər. Yazıçının yubileyləri ölkəmizdə geniş və yüksək səviyyədə qeyd olunub. Bakıda Çingiz Aytmatovun yaradıcılığı haqqında toplular, monoqrafiyalar nəşr olunub.

Ümummilli lider Heydər Əliyev Çingiz Aytmatova həm yazıçı, həm də bir şəxsiyyət kimi yüksək qiymət verirdi. Yazıçı həyat kredosunu “xalqın ölməzliyi onun dilindədir” sözləri ilə ifadə etmişdir. Qaşım Əliyev moskvalı şairə Afaq Şıxlının tərcüməsində günün qəhrəmanının rus və azərbaycan dillərində şeirini oxudu.

Tədbir iştirakçıları görkəmli yazıçının xarici dillərdə əsərlərindən ibarət sərgi ilə də tanış olublar.