Ən son xəbərlər:

10.11.2023/08:49/ İsrail Qəzzada yaxınlaşması qadağan edilən təhlükəsizlik zonalar yaradacaq

İsrail Qəzzada yaxınlaşması qadağan edilən təhlükəsizlik zonalar yaradacaq.

xeberaz.info xəbər verir ki, İsrail Qəzzada yaxınlaşması qadağan ediləcək təhlükəsizlik zonaları yaratmağı planlaşdırır. Bunu İsrailin portfelsiz naziri Gideon Saar deyib.

O, İspaniyanın El Pais qəzetinə müsahibəsində deyib: Bizim Qəzzaya nə ərazi iddiamız var, nə də yəhudi məskənlərini yeniləmək istəyimiz. Biz sülh içində yaşamaq istəyirik.

Onun sözlərinə görə, “şər mənbəyinin kökünün kəsilməsindən” və “HƏMAS-ın hərbi və hökumət potensialının məhv edilməsindən” sonra “Qəzzanın reabilitasiyası üçün beynəlxalq birlik statusu ilə bir neçə illik keçid dövrü” ola bilər.

Əvvəllər terrorçuların sərhəddə sərbəst addımladığı və hətta hasara çataraq əsgərlərə atəş açması bir daha baş verməyəcək. Orada yaxınlaşmağınız qadağan olunan  təhlükəsizlik zolaqları olacaq. Bəlkə biz orada minalar da quraşdıracağıq,- Saar belə bildirib.

Nazir əmin edib ki, yəhudi dövləti beynəlxalq hüquq normalarına uyğun hərəkət edir.