Ən son xəbərlər:

09.11.2023/09:47/ Gürcüstanın Aİ-yə daxil olması üçün çox iş görməli olacaq

Gürcüstanın Aİ-yə daxil olması üçün çox iş görməli olacaq.

xeberaz.info xəbər verir ki, Gürcüstan Avropa İttifaqının tamhüquqlu üzvü olmaq kimi yekun məqsədinə nail olmaq üçün uzun illər ərzində çox iş görməli olacaq. Bunu ölkənin baş naziri İrakli Qaribaşvili brifinqdə deyib.

Bizim əsas məqsədimiz, əlbəttə ki, Aİ-yə tam inteqrasiya, Avropa Birliyinə tam üzv olmaqdır ki, bu da daha çox səy tələb edəcək. Bu uzun bir prosesdir. Bir-iki ilə bitməyəcək. Bu, çoxillik bir prosesdir və xalqımızın konsolidasiyasını, hökumətimizin effektiv idarəçiliyini, hakimiyyətimizi və son 11 ildə həyata keçirdiyimiz islahatların davam etdirilməsini tələb edir, – Qaribaşvili belə bildirib.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen çərşənbə günü bildirib ki, təşkilat Aİ Şurasına Gürcüstana ittifaq üzvlüyünə namizəd statusu verilməsini tövsiyə edir. AK Gürcüstanda aparılan islahatları müsbət qiymətləndirib, lakin bəyan edib ki, ölkədə hələ görüləsi işlər var.