Ən son xəbərlər:

08.11.2023/09:08/ BMT Təhlükəsizlik Şurası “Şimal axını” ilə bağlı qapalı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası “Şimal axını” ilə bağlı qapalı iclas keçirəcək.

xeberaz.info xəbər verir ki, Braziliyanın BMT-dəki Daimi Nümayəndəliyi noyabrın 8-də BMT Təhlükəsizlik Şurasının Rusiyanın “Şimal axını” qaz kəmərlərində təxribata həsr olunacaq iclasını elan edib. Braziliya tərəfi görüşün bağlı qapılar arxasında keçiriləcəyinə aydınlıq gətirib.

Çərşənbə günü, noyabrın 8-də Rusiya Federasiyasının tələbi ilə “Şimal axını” ilə bağlı qapalı görüş keçiriləcək, – Braziliyanın Daimi Nümayəndəliyinin bəyanatında deyilir.