Ən son xəbərlər:

08.11.2023/08:47/ Bayden uzaq mənzilli raketlərin Kiyevə kömək edə bilməyəcəyindən narahatdır

Bayden uzaq mənzilli raketlərin Kiyevə kömək edə bilməyəcəyindən narahatdır.

xeberaz.info xəbər verir ki, ABŞ prezidenti Co Bayden uzaq mənzilli ATACMS raketlərinin Kiyevə döyüş meydanında qüvvələr balansını dəyişməyə kömək etməyəcəyindən narahatdır. Bu barədə bazar ertəsi New York Times məlumat yayıb.

Prezidentin köməkçilərinin sözlərinə görə, Birləşmiş Ştatlar Ukraynaya tələb etdiyi bütün silahları, o cümlədən ATACMS-i” təqdim edib. Eyni zamanda, Bayden bu raketlərin Ukrayna Silahlı Qüvvələri üçün o qədər də vacib olmayacağından narahatdır.

Nəşrin aydınlaşdırdığı kimi, Bayden uzun müddətdir ki, ukraynalıların nüvə müharibəsinə gətirib çıxaracaq qırmızı xətti keçə biləcəyindən qorxduğu üçün ATACMS-in Kiyevə verilməsinin əleyhinə olub.