Ən son xəbərlər:

08.11.2023/08:33/ Aİ ölkələri dondurulmuş Rusiya aktivlərinin Ukraynaya köçürüləcəyindən narahatdırlar

Aİ ölkələri dondurulmuş Rusiya aktivlərinin Ukraynaya köçürüləcəyindən narahatdırlar.

xeberaz.info xəbər verir ki, Avropa İttifaqı (Aİ) tərəfindən dondurulmuş Rusiya aktivlərinin əksəriyyətini idarə edən Belçika və Lüksemburq, Rusiyadan bloklanmış vəsaitlərdən əldə olunan gəlirlərin Ukraynaya köçürüləcəyi təqdirdə qlobal maliyyə sisteminin sabitliyinin pozulmasından qorxur. Bu barədə Politico-nun Avropa versiyası məlumat yayıb.

Qəzetin qeyd etdiyi kimi, Belçika və Lüksemburq Rusiya Federasiyasının bloklanmış aktivlərindən əldə olunan gəlirləri Ukraynanın xeyrinə köçürmək kimi belə görünməmiş addımın bütün hüquqi və maliyyə risklərini daşımayacaqlarına dair təminat istəyirlər. Nəşr xatırladır ki, dondurulmuş Rusiya vəsaitlərinin 180 milyard avroya yaxını baş ofisi Brüsseldə yerləşən beynəlxalq depozitari Euroclear, digər hissəsi isə Lüksemburqdakı Clearstream klirinq təşkilatı tərəfindən idarə olunur.

Politico qeyd edir ki, belə bir addımın məqsədəuyğunluğu ilə bağlı şübhələr Parisdə, Berlində və Avropa Mərkəzi Bankında (ECB) də yaşanır. Bunun maliyyə bazarlarında qarışıqlığa və avronun ehtiyat valyuta kimi mövqeyinin zəifləməsinə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar var. Bir sıra Aİ ölkələrində bu cür hisslər AK rəhbəri Ursula fon der Leyenin təşəbbüsünün həyata keçirilməsini mürəkkəbləndirməklə hədələyir.

Euroclear nəşrin Aİ-nin planlarını şərh etmək istəyinə cavab verməkdən yayınıb.