Ən son xəbərlər:

08.11.2023/08:21/ Çin sərhədləri yaxınlığında münaqişənin kəskinləşməsindən narazıdır

Çin sərhədləri yaxınlığında münaqişənin kəskinləşməsindən narazıdır.

xeberaz.info xəbər verir ki, Pekin Myanmanın şimalında Çin sərhədləri yaxınlığında bir Çin vətəndaşının ölümü ilə nəticələnən münaqişənin kəskinləşməsindən son dərəcə narazıdır. Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin brifinqdə bildirib.

Onun sözlərinə görə, Pekin münaqişənin bütün tərəflərini atəşi dərhal dayandırmağa və Çinin sərhədyanı ərazilərində insanların həyat və əmlakına təhlükə yaradan hər hansı insidentlərin qarşısını almaq üçün əməli tədbirlər görməyə çağırır.

Noyabrın 5-də Asia Times qəzeti Myanma hərbçilərinin atdığı mərminin Çin ərazisinə düşməsi nəticəsində bir Çin vətəndaşının öldüyünü, bir neçə nəfərin isə yaralandığını yazıb. Myanma hərbçiləri Kaçin əyalətinin Laiza şəhərinə zərbə endirməyi planlaşdırırdı. Bölgəyə Myanma hakimiyyətinə qarşı döyüşən Kaçin Müstəqillik Ordusu nəzarət edir.