Ən son xəbərlər:

07.11.2023/16:21/ NATO CFE Müqaviləsində iştirakını qeyri-müəyyən müddətə dayandırmaq niyyətində olduğunu açıqlayıb

NATO CFE Müqaviləsində iştirakını qeyri-müəyyən müddətə dayandırmaq niyyətində olduğunu açıqlayıb.

xeberaz.info xəbər verir ki, NATO Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədə iştirakını qeyri-müəyyən müddətə dayandırmaq planlarını açıqlayıb. Bu barədə Şimali Atlantika Şurasının yaydığı bəyanatda deyilir.

Rusiyanın müqavilədən çıxması ilə bağlı qərarının nəticəsi olaraq, müqavilədə iştirak edən alyans ölkələri beynəlxalq standartlara və öz hüquqlarına uyğun olaraq, Adi Silahlı Qüvvələr haqqında Müqavilənin tətbiqini zəruri olan müddətə dayandırmaq niyyətindədirlər. Bu qərar bütün NATO ölkələri tərəfindən tam dəstəklənir, – sənəddə belə deyilir.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, noyabrın 7-də gecə yarısı Moskva nəhayət ki, Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxmaq prosedurunu başa çatdırıb.

Daha sonra Böyük Britaniya Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən iştirakını dayandırdığını elan etdi. ABŞ-ın da Müqavilədə iştirakını dayandırmaq niyyətinə dair sübutlar var.