Ən son xəbərlər:

07.11.2023/09:22/ Tramp Ukrayna səfərindən imtina etdi

Tramp Ukrayna səfərindən imtina etdi.

xeberaz.info xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynaya getməkdən imtina edib. Dəvəti bir gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski elan edib və o, şəxsi görüş zamanı cənab Trampa Rusiya ilə münaqişəni 24 saat ərzində bitirməyin mümkünsüzlüyünü izah edəcəyinə söz verib.

Prezident Zelenskiyə böyük hörmətim var, amma hesab edirəm ki, hazırda Ukraynaya getmək yersizdir. Bayden administrasiyası indi onunla məşğuldur və mən maraqlar toqquşması yaratmaq istəməzdim, – ABŞ-ın keçmiş prezidenti belə izah edib.

Donald Tramp dəfələrlə bildirib ki, Rusiya-Ukrayna münaqişəsinə 24 saat ərzində son qoya bilər.