Ən son xəbərlər:

07.11.2023/09:06/ NATO-nun genişlənməsi prosesi, ikitərəfli və regional məsələlər müzakirə olundu

NATO-nun genişlənməsi prosesi, ikitərəfli və regional məsələlər müzakirə olundu.

xeberaz.info xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken Ankarada keçirilən danışıqlarda İsveçin NATO-ya qəbulu prosesini müzakirə ediblər.

Xarici İşlər Nazirliyində keçirilən görüşdə İsveçin üzvlük çərçivəsində NATO-nun genişlənməsi prosesi, ikitərəfli və regional məsələlər də müzakirə olunub, – Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə danışıqlardan sonra TASS-a belə bildirib. Görüş zamanı xarici işlər naziri Fidan amerikalı həmkarı Blinkenə Qəzzada mülki hədəflərin bombalanmasının və infrastrukturun məhv edilməsinin qəbuledilməz olduğuna işarə edib.

Türkiyə prezidenti İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu imzalayıb və oktyabrın 23-də parlamentə təqdim edib. Türkiyə hakimiyyəti daha əvvəl krallığın müraciətinə parlamentin oktyabrda keçiriləcək payız sessiyasının başlaması ilə baxılmasının mümkünlüyünü bəyan etmişdi.

Protokol alyansın 31 ölkəsi tərəfindən ratifikasiya edilib, yalnız Türkiyə və Macarıstan onu təsdiq etməyib. Bu sənədin Ankara tərəfindən vaxtından əvvəl ratifikasiyasına dair razılıq NATO, Türkiyə və İsveç arasında iyulda Vilnüsdə NATO sammitindən əvvəl əldə edilib, lakin bundan sonra Türkiyə tərəfi ərizənin təsdiqlənməsi üçün bir sıra şərtlər, o cümlədən terrorizmlə mübarizədə əməkdaşlıq və Aİ-yə iqtisadi eləcə də viza inteqrasiyasının sürətləndirilməsi məsələsini irəli sürüb.