Ən son xəbərlər:

06.11.2023/15:28/ Ermənistanda anti-Rusiya təşkilatının lideri dindirilməyə çağırılıb

Ermənistanda anti-Rusiya təşkilatının lideri dindirilməyə çağırılıb.

xeberaz.info xəbər verir ki, Millətçi və Rusiya əleyhinə olan “Milli Demokratik Qütb” təşkilatının liderlərindən biri Jirayr Sefilyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə (MTX) dindirilməyə çağırılıb. Bu barədə siyasətçi öz Telegram kanalında məlumat verib.

Bu gün saat 10:00-da Milli Təhlükəsizlik Xidmətinin noyabrın 2-də yaydığı video ilə bağlı Milli Təhlükəsizlik Xidmətinə dindirməyə çağırıldım, – deyə Sefilyan  yazıb.

Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, noyabrın 2-də Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları dövlət binalarını ələ keçirməyi, həmçinin dinc əhaliyə qarşı güc tətbiq etməyi planlaşdıran müəyyən terror qruplaşmasını zərərsizləşdiriblər. Ümumilikdə beş nəfər həbs edilib.

Jirayr Sefilyan Milli Demokratik Qütbün idarə heyətinin üzvüdür. Təşkilat anti-Rusiya və Qərbyönlü ritorikası ilə tanınır. 2016-cı ildə Sefilyan iğtişaşlara və İrəvanın kənarında patrul alayının binasının ələ keçirilməsinə səbəb olan qanunsuz silah saxlamaqda şübhəli bilinərək saxlanılıb. Həmin hadisələrdə Sefilyanın azadlığa buraxılmasını tələb edən Milli Demokratik Qütbün bəzi üzvləri də iştirak edib.

Bundan əvvəl Ermənistanda Rusiyanın yeni Baş Konsulluğunun yaranacağı məlum olub.