Ən son xəbərlər:

06.11.2023/09:13/ Hamburq hava limanı fəaliyyətini bərpa etdi

Hamburq hava limanı fəaliyyətini bərpa etdi.

xeberaz.info xəbər verir ki, Hamburq hava limanı şənbə günü nömrə nişanı olmayan avtomobillə uçuş-enmə zolağına çıxan və 18 saat sonra polisə təslim olan silahlı şəxsin iştirakı ilə baş verən insidentdən sonra uçuşları qəbul edib yola salmağa başlayıb.

İlk uçuşlar və enişlər bərpa edildi. Bununla belə, əhəmiyyətli ləğvlər və gecikmələr davam edib”, – deyə hava limanının mətbuat xidməti X sosial şəbəkəsindəki səhifəsində (“x”, keçmiş Twitter) bildirib. Sərnişinlərə uçuş statuslarını yaxından izləmələri və zəruri hallarda aviaşirkətlə əlaqə saxlamaları tövsiyə olunub.