Ən son xəbərlər:

03.11.2023/09:38/ BƏƏ-nin 15 şirkəti ABŞ-ın sanksiya siyahısına düşüb

BƏƏ-nin 15 şirkəti ABŞ-ın sanksiya siyahısına düşüb.

xeberaz.info xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş on beş şirkəti sanksiyalar siyahısına daxil edib.

Qara siyahıya daxil olan şirkətlərin əksəriyyəti Dubayda, ikisi Əbu-Dabidə, daha ikisi isə müvafiq olaraq Şarja və Rəs əl-Xaymədə qeydiyyatdadır. Bundan başqa, BƏƏ-nin rezidenti olan bir neçə şəxsə də sanksiya tətbiq edilib.