Ən son xəbərlər:

03.11.2023/08:42/ BMT Baş Assambleyası ABŞ-ın Kubaya qarşı embarqoya son qoymağa çağıran qətnamə qəbul edib

BMT Baş Assambleyası ABŞ-ın Kubaya qarşı embarqoya son qoymağa çağıran qətnamə qəbul edib.

xeberaz.info xəbər verir ki, BMT Baş Assambleyası ABŞ-ı Kubaya qarşı 1962-ci ildən qüvvədə olan ticarət və iqtisadi embarqoya son qoymağa çağıran qətnamə qəbul edib. Bu barədə TASS-ın müxbiri məlumat yayıb.

Kubanın təqdim etdiyi qətnamənin lehinə 187 ölkə səs verib, İsrail və ABŞ buna qarşı çıxıb, Ukrayna isə bitərəf qalıb.