Ən son xəbərlər:

02.11.2023/09:46/ Aİ Rusiyadan qaz idxalını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır

Aİ Rusiyadan qaz idxalını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.

xeberaz.info xəbər verir ki, ABŞ Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə ABŞ-Aİ işçi qrupunun görüşündən sonra dərc edilən rəsmi açıqlamasına görə, Aİ ölkələri bu il Rusiya təbii qazının idxalını əhəmiyyətli dərəcədə azaltmağı hədəfləyir.

Aİ kömür idxalını mərhələli şəkildə dayandırmaq, neft idxalını 90% azaltmaq və təbii qaz idxalını 2021-ci ildəki 155 milyard kubmetrdən 2022-ci ildə təxminən 80 milyard kubmetrə endirməklə, Rusiyanın qalıq yanacaq təchizatından asılılığını azaltmağa davam edir – sənəddə belə qeyd olunur.

Görüş zamanı Avropaya qaz tədarük mənbələrinin şaxələndirilməsi və ABŞ-la Aİ arasında mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin həcminin artması ilə bağlı məsələlər də müzakirə olunub.