Ən son xəbərlər:

02.11.2023/09:36/ABŞ yaxın günlərdə amerikalıların Qəzzadan təxliyyəsini başa çatdıracaq

ABŞ yaxın günlərdə amerikalıların Qəzzadan təxliyyəsini başa çatdıracaq.

xeberaz.info xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Vaşinqton bütün ABŞ vətəndaşlarının Qəzza zolağından çıxarılmasını yaxın günlərdə başa çatdırmağı planlaşdırır.

Biz bütün Amerika vətəndaşlarını xilas etməyi gözləyirik, bu, təxminən bir neçə gün çəkəcək, – Kirbi brifinqdə belə bildirib.

Ağ Ev sözçüsü amerikalıları Qəzzadan mümkün qədər tez təxliyə etmək istəyini ifadə edərək, prioritetin ölkə vətəndaşlarının təhlükəsizliyi olduğunu bildirib.