Ən son xəbərlər:

02.11.2023/09:08/ ABŞ senatorları Qəzza zolağının potensial işğalı ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər

ABŞ senatorları Qəzza zolağının potensial işğalı ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.

xeberaz.info xəbər verir ki, Bir sıra amerikalı senatorlar ABŞ prezidenti Co Baydenə məktub göndərərək ABŞ-ın İsrailin Qəzza zolağı ilə bağlı uzunmüddətli planlarına verdiyi qiymət barədə məlumat istəyib. Sənəd senator Berni Sandersin saytında dərc olunub.

Sandersdən başqa məktubu Peter Welch, Jeff Merkley və Elizabeth Warren də imzalayıb. Senatorlar həm İsrailin uzunmüddətli təhlükəsizliyi, həm də anklav sakinlərinin rifahı baxımından Qəzza zolağının potensial işğalı ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.

Konqresin İsrailin uzunmüddətli planları və məqsədləri, habelə ABŞ hökumətinin bu perspektivləri qiymətləndirməsi haqqında daha çox məlumata ehtiyacı var, – deyə senatorlar bildiriblər.

“Politico” yazıb ki, Co Bayden Vaşinqtonun İsraili dəstəkləməsi səbəbindən 2024-cü il seçkilərində müsəlmanların və ərəb əsilli amerikalıların səslərini itirə bilər.