Ən son xəbərlər:

01.11.2023/09:46/ Qəzza zolağına müvəqqəti nəzarət BMT-yə verilə bilər

Qəzza zolağına müvəqqəti nəzarət BMT-yə verilə bilər.

xeberaz.info xəbər verir ki, ABŞ və İsrail İsrail ordusunun Fələstinin HƏMAS hərəkatını oradan sıxışdıra bildiyi təqdirdə Qəzza zolağının gələcəyi ilə bağlı üç variantı nəzərdən keçirir. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Birinci variant Qəzza zolağına Yaxın Şərq ölkələrinin müvəqqəti nəzarətinin yaradılmasını nəzərdə tutur. Eyni zamanda, plana əsasən, anklavda ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın hərbçiləri yerləşdiriləcək.

Qəzzanın gələcəyi üçün ikinci variant anklavda sülhməramlı qüvvələrin yerləşdirilməsini nəzərdə tutur. Agentliyin qeyd etdiyi kimi, İsrail hakimiyyəti bu ideyanı diqqətə layiq hesab edir.

Bundan əlavə, agentliyin məlumatına görə, Qəzza zolağına müvəqqəti nəzarət BMT-yə verilə bilər.

Oktyabrın 27-də İsrailin quru əməliyyatlarını genişləndirməsindən sonra 20 mindən çox İsrail əsgərinin Qəzza zolağına müdaxilə etdiyi bildirilmişdi.