Ən son xəbərlər:

01.11.2023/09:41/ Misir Qəzza yaxınlığında onlarla tank və zirehli texnika yerləşdirib

Misir Qəzza yaxınlığında onlarla tank və zirehli texnika yerləşdirib.

xeberaz.info xəbər verir ki, İsrailin “The Times of Israel” qəzeti yazır ki, Misir Qəzza zolağı ilə sərhəddə yerləşən Rəfah keçid məntəqəsi yaxınlığında onlarla tank və zirehli texnika yerləşdirib.

Nəşrin qeyd etdiyi kimi, Misirlə Qəzza zolağının sərhədi yaxınlığında tanklar, zirehli texnika var. Keçid məntəqəsinə ağır texnikanın yerləşdirilməsi Qahirənin Qəzza zolağından on minlərlə qaçqının mümkün axınından ehtiyat etdiyi bir vaxta təsadüf edir.

Misir hakimiyyəti nəzarət-buraxılış məntəqəsinin yaxınlığında ağır texnikanın yerləşdirilməsinə münasibət bildirməyib.

Rəfah keçid məntəqəsi Misirlə Fələstin anklavı arasında yeganə sərhəd keçid məntəqəsidir. Bundan əvvəl Misir hökuməti İsraillə HƏMAS hərəkatı arasında gedən müharibə ilə əlaqədar Fələstinin Rəfah şəhərində Qəzza zolağından olan qaçqınlar üçün düşərgələrin yaradılmasını təklif etmişdi. Düşərgələrin Misirlə sərhəddən 3 km aralıda yerləşəcəyi və onların fəaliyyətinə tamamilə Qahirənin nəzarəti altında olacağı güman edilir.

Son məlumatlara görə, İsraildə 1,4 min, Qəzza zolağında isə 8,5 min dinc sakin həlak olub. Oktyabrın 31-də İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-la müharibənin üçüncü mərhələsinin başladığını elan edib. Bu, İsrail hərbçilərinin Qəzza zolağında hərbi əməliyyatlarının miqyasının genişləndirilməsini nəzərdə tutur.