Ən son xəbərlər:

01.11.2023/09:21/ ABŞ qoşunlarını Yaxın Şərqdən çıxarmalıdır

ABŞ qoşunlarını Yaxın Şərqdən çıxarmalıdır.

xeberaz.info xəbər verir ki, ABŞ hakimiyyəti əsgərlərin təhlükəsizliyi üçün Yaxın Şərqdən qoşunlarını çıxarmalıdır. Bu çağırışı ABŞ ordusunun təqaüdçü zabiti Daniel Davis Fox News telekanalında edib.

Onun sözlərinə görə, əks halda ABŞ regionda növbəti müharibəyə cəlb oluna bilər. Və bu, bu gün Amerikanın milli maraqları üçün baş verə biləcək ən pis şeydir. Zəifliyimizi azaltmalı və adamlarımızı oradan çıxartmalıyıq, – keçmiş zabit belə deyib.

Bundan əvvəl Axios portalı ABŞ-a Yaxın Şərqdə minlərlə əsgərin iştirak etdiyi daha böyük münaqişəyə cəlb olunma riski barədə xəbərdarlıq edib. Qeyd olunub ki, İraq və Suriyadakı ABŞ əsgərləri oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra İranın dəstəklədiyi milis qruplarının ondan çox hücumuna məruz qalıb.