Ən son xəbərlər:

31.10.2023/10:10/ ABŞ İsrailə 14,3 milyard dollar məbləğində yardım layihəsi təqdim edib

ABŞ İsrailə 14,3 milyard dollar məbləğində yardım layihəsi təqdim edib.

xeberaz.info xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasına İsrailə 14,3 milyard dollar məbləğində əlavə yardımın göstərilməsinə dair qanun layihəsi təqdim edilib. Bu məbləğə ABŞ prezidenti Co Baydenin Ukrayna, Tayvana hərbi yardım üçün qalan müraciətləri və digər xərc maddələri daxil deyil.

Sənədin mətnində qeyd edilir ki, bu, 30 sentyabr 2024-cü il tarixində başa çatan maliyyə ili üçün İsraildə hücumlara cavab vermək üçün təcili əlavə vəsait ayırır.

İsrailə yardım üçün ayrılan vəsaitin ümumi məbləği 14,3 milyard dollardır. Bu, Baydenin Konqresə “paket” sorğusunun bir hissəsi olaraq elan etdiyi vəsaitin məbləğinə uyğundur. Lakin respublikaçıların hazırladığı qanun layihəsində ABŞ-ın İsraildən başqa müttəfiqlərinə dəstək göstərilmir.

Bundan əvvəl Ağ Ev bildirmişdi ki, prezident Bayden ABŞ Konqresindən Ukraynaya yardım üçün 61,3 milyard dollar, İsrail üçün isə 14,3 milyard dollar istəyir.