Ən son xəbərlər:

31.10.2023/09:54/ ABŞ “Sentinel” qitələrarası raketinin istehsalına başlayacaq

ABŞ “Sentinel” qitələrarası raketinin istehsalına başlayacaq.

xeberaz.info xəbər verir ki, Amerikanın hərbi-sənaye korporasiyası Lockheed Martin ABŞ Müdafiə Nazirliyindən Sentinel qitələrarası ballistik raketlərinin döyüş başlığının istehsalı üçün təxminən 996,2 milyon dollarlıq müqavilə alıb. Layihənin 2039-cu ilin oktyabrında başa çatdırılması planlaşdırılır. Pentaqonun hesabatında belə deyilir.

2024-cü ildə Pentaqon tədqiqat, təkmilləşdirmə və sınaqlara 26 milyon dollar ayıracaq. Sifarişin podratçısı Hərbi Hava Qüvvələri Nüvə Silahları Mərkəzidir.

Bundan əvvəl ABŞ Müdafiə Nazirliyi ABŞ-da xidmətdə olan əsas nüvə bombasının modernləşdirilmiş variantını – B61-i hazırlamaq planlarını açıqlamışdı. Nazirlikdən bildiriblər ki, modernləşdirməni Energetika Departamenti nəzdində ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsi (NNSA) həyata keçirəcək.