Ən son xəbərlər:

31.10.2023/09:38/ Yaxın Şərqdəki münaqişə Fələstin dövlətinin yaradılması ilə həll edilə bilər

Yaxın Şərqdəki münaqişə Fələstin dövlətinin yaradılması ilə həll edilə bilər.

xeberaz.info xəbər verir ki,  Rusiya prezidenti Vladimir Putin Yaxın Şərqdəki münaqişənin həllinin açarının müstəqil Fələstin dövlətinin yaradılmasında olduğuna əmin olduğunu bildirib.

Rusiya lideri qeyd edib ki, Rusiyanın Yaxın Şərq regionundakı vəziyyətə yanaşmalarında Qərb ölkələrindən fərqli olaraq heç vaxt intriqalar və ikili diblər olmayıb.

Biz öz mövqeyimizi açıq şəkildə bəyan etmişik və bəyan edirik, bu, ildən-ilə dəyişmir: münaqişənin həllinin açarı suveren, müstəqil, tam hüquqlu Fələstin dövlətinin yaradılmasındadır, – Putin belə vurğulayıb.

Bundan əvvəl Rusiyanın dövlət başçısı bildirib ki, indi Qəzza zolağında baş verən dəhşətli hadisələrə heç nə ilə haqq qazandırmaq olmaz.