Ən son xəbərlər:

31.10.2023/09:32/ Alfa Group-un həmtəsisçisi Kuzmiçev Korrupsiyaya və Maliyyə, eləcə də Vergi Hüquqpozmalarına görə Fransada saxlanılıb

Alfa Group-un həmtəsisçisi Kuzmiçev Korrupsiyaya və Maliyyə,  eləcə də Vergi Hüquqpozmalarına görə Fransada saxlanılıb.

xeberaz.info xəbər verir ki, Fransada “Alfa Group”un keçmiş həmtəsisçisi Aleksey Kuzmiçev çirkli pulların yuyulması ilə bağlı cinayət işi üzrə saxlanılıb. Bu barədə “Le Monde” qəzeti mənbələrə istinadən yazır.

Qəzetin məlumatına görə, Kuzmiçevin Parisdəki mənzilində, eləcə də Sen-Tropedəki villasında axtarışlar aparılıb.

Nəşrin bildirdiyinə görə, axtarışlarda 60 nəfər, o cümlədən Korrupsiyaya və Maliyyə,  eləcə də Vergi Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsinin hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Kuzmiçev sanksiya qanunvericiliyini pozmaqda, həmçinin vergilərlə bağlı cinayətlərdə şübhəli bilinir.

Bundan əvvəl rusiyalı iş adamı Mixail Fridman Britaniya hakimiyyətinə qarşı Athlone House malikanəsinin saxlanması üçün xidmət haqqının ödənilməsinə qadağa qoyulması ilə bağlı məhkəmədə uduzub.