Ən son xəbərlər:

31.10.2023/09:20/ ABŞ və Türkiyə Fələstin-İsrail münaqişəsində tərəflərin razılaşa gələ bilmədiyi yeganə məsələ deyil

ABŞ və Türkiyə Fələstin-İsrail münaqişəsində tərəflərin razılaşa gələ bilmədiyi yeganə məsələ deyil.

xeberaz.info xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Mett Miller bildirib ki, Ankaranın Qəzza zolağı və İsraillə bağlı mövqeyinə baxmayaraq, Türkiyə Şimali Atlantika Alyansının mühüm üzvü olaraq qalır.

Türkiyənin, bu məsələdə NATO ilə fikir ayrılıqları olsa da, alyansın mühüm üzvü olaraq qalır.

Departamentin sözçüsü Miller Türkiyə hakimiyyətinin Fələstin tərəfdarı bəyanatları fonunda Türkiyənin NATO-dan çıxarılması təklifinə belə cavab verib. O əlavə edib ki, ABŞ və Türkiyə arasında Fələstin-İsrail münaqişəsi ilə bağlı fikir ayrılıqları tərəflərin razılaşa bilmədiyi yeganə məsələ deyil.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulda Fələstini dəstəkləyən mitinqdə çıxış etdiyi bildirilib.