Ən son xəbərlər:

30.10.2023/06:39/ Qəzzada mücərrəd atəşkəs çağırışları vəziyyəti yaxşılaşmayacaq

Qəzzada mücərrəd atəşkəs çağırışları vəziyyəti yaxşılaşmayacaq.

xeberaz.info xəbər verir ki, Qəzza zolağında konkret olmayan atəşkəs çağırışları humanitar vəziyyəti yaxşılaşdırmayacaq. Bu barədə Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Sky News-a bildirib.

Atəşkəs üçün mücərrəd çağırışlar vəziyyəti yaxşılaşdırmağa kömək etməyəcək. Biz ardıcıl olaraq ayırdığımız humanitar yardımın çatdırılması, girovların azad edilməsi və Qəzzada Britaniya vətəndaşlarının təxliyəsi üçün humanitar fasilənin həyata keçirilməsinə çalışırıq, – Kleverli belə bildirib.