Ən son xəbərlər:

30.10.2023/06:08/ Misir qeyri şərtsiz Qəzzaya humanitar yardım göstərməkdə israrlıdır

Misir qeyri şərtsiz Qəzzaya humanitar yardım göstərməkdə israrlıdır.

xeberaz.info xəbər verir ki, Misir blokadada olan Fələstinin Qəzza zolağının əhalisinə ilkin şərt olmadan humanitar yardımın göstərilməsinin tərəfdarıdır. Bunu Misirin BMT-dəki daimi nümayəndəsi Usamə Abdel Xalek dünya təşkilatının Baş Assambleyasının Fələstinin mülki əhalisinin müdafiəsinə həsr olunmuş xüsusi sessiyasında tribunadan çıxışı zamanı deyib.

Misir heç bir ilkin şərt olmadan Qəzza sakinlərinə humanitar yardımın çatdırılmasının tərəfdarıdır. Fələstin anklavının sakinlərini yardımdan məhrum etmək onlar üçün ölüm hökmüdür, – deyə Misir nümayəndəsi bildirib.

O əlavə edib ki, beynəlxalq ictimaiyyət fələstinliləri öz torpaqlarından çıxarmaq cəhdlərinə qarşı möhkəm dayanmalıdır. Daimi nümayəndənin sözlərinə görə, Qahirə, Qəzza sakinlərinin Misirlə həmsərhəd ərazilərə zorla köçürülməsi ideyasını qəti şəkildə rədd edir.