Ən son xəbərlər:

27.10.2023/18:32/ Britaniya Ukraynanın suverenliyi və ərazi bütövlüyünü davamlı şəkildə dəstəkləyəcək

Britaniya Ukraynanın suverenliyi və ərazi bütövlüyünü davamlı şəkildə dəstəkləyəcək.

xeberaz.info xəbər verir ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı onu Londonun sarsılmaz dəstəyinə inandırıb.

Baş nazir Böyük Britaniyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyə uzunmüddətli və davamlı öhdəliyini vurğulayıb və Yaxın Şərqdəki münaqişənin bunu dəyişməyəcəyini söyləyib. Ukraynada və Yaxın Şərqdə insanların sülh və sabitlik içində yaşaya bildiyi qaydalara əsaslanan nizam prinsipi müdafiə edilməlidir, – Baş Nazirin ofisinin bəyanatında belə deyilir.